“Qarabağ”ın futbolçuları millidən kənarda qaldı
29.03.2022 - 13:39
“Qarabağ”ın futbolçuları millidən kənarda qaldı

Azərbaycan millisinin Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün “23-lüy”ü açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi “Qarabağ”ın iki futbolçusunu heyətdən kənarda saxlayıb.

Bunlar müdafiəçi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədir. Dörd gün əvvəl Malta ilə qarşılaşmada iştirak edən Hüseynov və Əhmədzadə bu dəfə italiyalı çalışdırıcının sərəncamında olmayacaq. Əvəzində Malta ilə görüşü buraxan hücumçular Namik Ələskərovla Ağabala Ramazanov bu dəfə heyətə salınıb. Hər iki oyunçu ehtiyatdan meydana daxil ola bilər.

Qeyd edək ki, Maltada keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
 

0