“Qarabağ”ın futbolçusu yığmadan kənarlaşdırıldı
22.11.2019 - 14:34
“Qarabağ”ın futbolçusu yığmadan kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın oyunçusu Cavid Məmmədli heyətdən çıxarılıb.

Buna səbəb onun zədəli olmasıdır. Cavidin yerinə komandaya “Səbail”dən Zaman Zamanlı dəvət olunub.