“Qarabağ”ın oyunu ləğv edildi - YENİLƏNİB
25.01.2022 - 13:27
“Qarabağ”ın oyunu ləğv edildi - YENİLƏNİB

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın “Bohemians”la görüşü ləğv edilib.

Apasport.az saytının məlumatına görə, bunu Çexiya klubunun mətbuat xidməti açıqlayıb.

Matçın ləğvinə güclü qar səbəb olub. Meydança qar altında qaldığından görüşün keçirilməsi mümkün olmayıb.

Qeyd edək ki, görüş saat 12:00-da başlamalı idi.

***

Saat. 12:26

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın planları pozulub.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Çexiya “Bohemians”ı ilə bugünkü qarşılaşması təhlükə altına düşüb.

Bakı vaxtı ilə saat 12:00-da başlaması nəzərdə tutulan görüşə hələ start verilməyib. Buna səbəb Antalyada yağan güclü qardır.

Çexiya təmsilçisi hələ oyuna gəlməyib. Komanda üzvləri oteldə qalaraq matçın taleyinin necə olacağını gözləyirlər. Görüşün təxirə salınması və ya ümumiyyətlə ləğv ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” saat 18:00-da daha bir matç keçirməlidir. Rəqib Krakov “Visla”sı olmalıdır.