"Qarabağ"ın oyununa görə “Gənclik” stansiyası gec bağlanacaq
12.12.2019 - 16:34
"Qarabağ"ın oyununa görə “Gənclik” stansiyası gec bağlanacaq

"Qarabağ" bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək azarkeşlər 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

“Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.