“Qarabağ”ın rəqibi evdə xal itirdi
24.11.2019 - 21:38
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibi “Düdelanj” növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Lüksemburq çempionatının XIV turunda “Una Ştrassen”lə qarşılaşan komanda xal itkisi ilə üzləşib.
Bütün qolları ikinci hissədə vurulan matçda 2:2 hesabı qeydə alınıb. F “Düdelanj”ın heyətində Bettaleb 63-cü, Sinani 64-cü dəqiqədə qol sevinci yaşayıb.
Qeyd edək ki, 12 oyunda 17 xal toplayan son çempion 6-cı pillədə qərarlaşıb.
0
0