“Qarabağ”ın rəqibindən darmadağın
01.12.2019 - 20:57
“Qarabağ”ın rəqibindən darmadağın

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Düdelanj” növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bertran Krassonun yetirmələri Lüksemburq çempionatının XIII turunda meydana çıxıblar.

Səfərdə “Etzella” ilə görüşən “Düdelanj” böyük hesabla qalib gəlib – 4:1. Son çempionun darmadağına sevindiyi matçdakı qollarına iki dəfə fərqlənən Danel Sinani, həmçinin Antuan Bernye və Mikeal Qaros imza atıblar.

Bu qələbədən sonra “Düdelanj” xal hesabını 20-yə çatdırıb. Komanda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” qrupdakı son matçını dekabrın 12-də “Düdelanj”a qarşı keçirəcək.