Sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Marsel”i qəbul edəcək “Qarabağ” evdə məğlubiyyətsizlik seriyasına malikdir.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri son 7 qarşılaşmada qonaqlara uduzmayıb.
Ağdam təmsilçisi sonuncu dəfə Avropa Liqasının qrupunda keçirdiyi “Sivasspor”la qarşılaşmada məğlub olub. 2020-ci ilin noyabrın 26-da Türkiyə təmsilçisini qəbul edən “Qarabağ” 2:3 hesabı ilə yenilib.
Sonrakı 7 görüşdə 3 qələbəsi olan ağdamlılar 4 dəfə heç-heçə edib. Qrupda “Makkabi” (Təl-Əviv), təsnifatda “Aşdod”la heç-heçələrin (1:1, 0:0) ardından AEL-lə “Aberdin”i eyni – 1:0 hesabı ilə yenən təmsilçimiz son üç görüşü də qrupda keçirib. “Bazel” (0:0), “Kayrat” (2:1) və “Omoniya” (2:2) ilə matçlarda seriya 7-yə yüksəlib.
Bu, Azərbaycan futbolu tarixində ikinci ən uzun analoji seriyanın təkrarıdır. “Keşlə”yə çatan “Qarabağ” “Marsel”ə uduzmasa, ikinci nəticənin sahibi olacaq.
Qeyd edək ki, evdəki məğlubiyyətsizlik oyunlar seriya “Neftçi”yə məxsusdur. Bakılılar evdəki 14 avrokubok matçında uduzmayıb.