“Qarabağ”la “Neftçi” fərqli qütblərdə
11.12.2019 - 16:40
“Qarabağ”la “Neftçi” fərqli qütblərdə

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün ilk yarısı yeniliklə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, əvvəlki mövsümlərdən fərqli, bu dəfə futbolçularla yanaşı, rəsmi şəxslərə də vərəqələr rəsmən qeyd olunub.

14 turda keçirilən 56 görüşdə 22 dəfə belə hadisə yaşanıb. 15 rəsmi şəxs cəzalanıb. Vərəqələrdən 21-i sarı, 1-i qırmızı olub. “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zonadan kənarlaşdırılıb.

Onlar arasında rekordçu “Neftçi”nin baş məşqçisi Roberto Bordindir. İtaliyalı mütəxəssis 4 dəfə xəbərdarlıq aldıqdan sonra bir oyunu da cəzalı durumda olub.

“Qəbələ”nin sənəddə məşqçisi, faktiki baş məşqçisi Elmar Baxşıyev isə cəzanın bir addımlığındadır. O, üç dəfə xəbərdarlıq alıb.

“Zirə”nin sabiq baş məşqçisi Samir Abasov komandadan ayrılanadək 2 dəfə önündə vərəqə görməyə vaxt tapıb. R.Bordinin köməkçisi Füzuli Məmmədov da iki dəfə cəzalanıb. Digər 11 rəsmi şəxsə bir dəfə vərəqə verilib.

Klublar arasında “Neftçi” öndədir. Paytaxt klubunun dörd üzvü ümumilikdə 8 dəfə önündə vərəqə görüb. “Zirə” və “Qəbələ” hərəyə 4 dəfə rəsmisinin cəzalanması ilə üzləşib. Lakin paytaxt klubunda bunlardan biri qırmızıdır. “Keşlə” və “Sumqayıt”da 2, “Səbail” və “Sabah”da 1 belə hadisə yaşanıb. “Qarabağ” yeganə klubdur ki, onun nümayəndəsi cəza almayıb.

klub

rəsmi şəxs

vərəqə (qırmızı)

Neftçi

Roberto Bordin

4

Qəbələ

Elmar Baxşıyev

3

Zirə

Samir Abasov

2

Neftçi

Füzuli Məmmədov

2

Neftçi

Etibar Tariverdiyev

1

Zirə

Anar Niftəliyev

1 (1)

Zirə

Seymur Rəhimov

1

Keşlə

Tərlan Əhmədov

1

Qəbələ

Azər Bağırov

1

Sabah

İqor Ponomaryov

1

Keşlə

Mehman Babayev

1

Sumqayıt

Ayxan Abbasov

1

Səbail

Seymur Məmmədov

1

Neftçi

Vüqar Əliyev

1

Sumqayıt

Eduardo Balado

1

0
Azərbaycan Premyer Liqası Qarabağ Neftçi