“Qarabağ”ı yaxşı tanıyıram. Təklif almışdım. Amma hazırda bununla bağlı hansısa söhbət yoxdur”.
Bunu apasport.az saytına Şotlandiyanın “Sent-Mirren”in qapıçısı Vaçlav Qladki deyib.
29 yaşlı çexiyalı çərçivə qoruyucusu Azərbaycan çempionundan aldığı təklifi şərh edib. O bildirib ki, “Qarabağ”la ötən yay danışıqlar olsa da, hazırda bu məsələ ilə bağlı hansısa yenilik yoxdur: “Əslində bu haqda danışmışam. Bəli, “Qarabağ”dan təklif var idi, bunu gizlətmirəm. Amma sonradan bir şey olmadı. İndi də bu məsələ haqda hansısa yenilik yoxdur. Başqa təkliflərim var. Hələ ki, “Sent-Mirren”dəyəm”.
Qeyd edək ki, Qladki Çexiyanın aşağı yaş qrupları üzrə milli komandalarında oynayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı