“Qarabağ”la görüşdə də qalib gəlməyə davam etməliyik” - Fernando
25.11.2019 - 10:51
“Qarabağ”la görüşdə də qalib gəlməyə davam etməliyik” - Fernando

“Biz tamamilə bu vacib oyuna köklənmişdik. Lazım olan qələbəni də qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Sevilya” klubunun futbolçusu Fernando deyib.

Yarımmüdafiəçi La Liqanın “Valyadolid”lə qarşılaşmasından sonra görüş barədə fikirlərini açıqlayıb. 1:0 hesablı qələbə qazanan Əndəlüs təmsilçisinin üzvü Avropa Liqasının qrup mərhələsinin noyabrın 28-də “Qarabağ”a qarşı keçiriləcək ev oyununa da toxunub: “Rəqib çox yaxşı komanda idi. Buna baxmayaraq istədiyimiz üç xalı əldə etdik. Artıq növbəti görüş barədə - “Qarabağ”la Avropa Liqasında oyun haqda düşünürük. Oynamağa və qalib gəlməyə davam etməliyik”.

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” matçı Sançes Pisxuan stadionunda keçiriləcək.