“Son matçlarda uzun ötürmələrə çox üstünlük verirdik və real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdik. Ancaq hücum performansımızın oyundan-oyuna artdığını görürəm”.
Apasport.az saytının məlumatına görə, bunu İsrailin “Makkabi” (Təl-Əviv) klubunun baş məşqçisi Giorqos Donis ölkə çempionatının VIII turunda Kfar-Saba “Hapoel”i üzərində 3:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.
Avropa Liqasının V turunda “Qarabağ”la qarşılaşacaq “Makkabi” heyətlə bağlı ciddi problemlər yaşayır. Donis koronavirus pandemiyası səbəbindən əksər futbolçuların sərəncamında olmadığını söyləyib: “Mövsümün əvvəlində oyunçumuz çox idi. Ancaq koronavirus bütün klub heyətinin azalmasına səbəb oldu. Stabilliyi qorumaq istəyirəm. Tam hazır vəziyyətdə olan və müntəzəm çıxış edə bilən cəmi 8 oyunçum var. Amma hər kəs oyun şansı əldə edə bilər”.
Qeyd edək ki, “Qarabağ” – “Makkabi” görüşü dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.