“Qarabağ”la oyunu buraxa bilər – yeni transferlər
22.10.2020 - 11:04
“Qarabağ”la oyunu buraxa bilər – yeni transferlər

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Təl-Əviv “Makkabi”sinin “Qarabağ”la matça ideal heyətlə çıxa bilməyəcək.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Giorqos Donis yeni transferləri bu gün meydana buraxıb-buraxmamaqda tərəddüd edir.

Çalışdırıcı konkret olaraq ispaniyalı müdafiəçi Luis Ernandes və serbiyalı hücumçu Aleksandar Peşiçə şans verməyi planlaşdırmır. Yerli mətbuatın iddiasına görə, koronavirus pandemiyası ilə əlaqədar uzun müddətdir futbol oynamadıqları və adıçəkilən futbolçuların da uyğunlaşma prosesini geridə qoymadıqları üçün baş məşqçi bu addımı atacaq.

Qeyd edək ki, “Blumfild” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

0