“Qəbələ” "Bohemians"a uduzdu – YENİLƏNİB
24.01.2022 - 18:16
“Qəbələ” "Bohemians"a uduzdu – YENİLƏNİB

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün Antalyada son yoxlama oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Çexiya təmsilçisi “Bohemians”la üz-üzə gəlib.

Bu, Elmar Baxşıyevin qardaş ölkədə üçüncü sınağı olub. Bunadək Polşa “Zaqlembe”si (1:2) və Şimali Makedoniya “Boreç”i (1:0) ilə görüşən “Qəbələ” son oyunu “İC Santai” Futbol Mərkəzində keçirib və məğlubiyyətə üzülüb. Çexiyalılar 3:1 hesabı ilə qalib gəliblər. 

Qeyd edək ki, bu matçla toplanışı başa vuracaq “Qəbələ” sabah Azərbaycana qayıdacaq.

Yoxlama oyunu
24 yanvar
16:30. “Qəbələ” – “Bohemians” (Çexiya) - 1:3

İsnik Alimi, 75 (pen.) 
“İC Santai” Futbol Mərkəzi