“Qəbələ” “Sabah”ı son pilləyə göndərdi – “Zirə” “Səbail”lə də bacarmadı
31.10.2020 - 17:56
“Qəbələ” “Sabah”ı son pilləyə göndərdi – “Zirə” “Səbail”lə də bacarmadı

Bu gün Azərbaycan Premyer Liqasında II dövrə start götürüb.

Apasport.az saytının məlumatına görə, VIII turun ilk oyun günündə iki matç keçirilib.

Autsayderlər qrupunda yer alan “Qəbələ” ilə “Sabah” əyalət klubunun meydanında üz-üzə gəlib. Gərgin keçən matçda gülən tərəf meydan sahibləri olub. Yusif Nəbiyev və Nikolas Rayselin qolları sayəsində rəqibini üstələyən “Qəbələ” cari mövsüm ilk qələbəsini qazanıb.

Paytaxt təmsilçisi əlavə vaxtı da nəzərə alsaq, son yarım saatı azlıqda keçirməsinə və fərqi minimuma endirməsinə baxmayayaq, ardıcıl 5-ci məğlubiyyətdən qaça bilməyib.

Bakıda paytaxt təmsilçiləri qarşılaşıb. Autsayderlər qrupunun digər üzvü “Səbail” iddialı “Zirə” önünə çıxıb. Rəşad Sadıqovun yetirmələri matçın aşkar favoriti sayılsa da, qəsəbə təmsilçisinin qələbə həsrəti üç oyuna yüksəlib.

Qolsuz bərabərliklə rəqibindən 1 xal almağa müvəffəq olan “Səbail” isə son pillədəki “Sabah”la xal fərqini aradan qaldırıb və hətta turnir cədvəlində onu geridə qoyub.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qarabağ” “Keşlə”ni, “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
VIII tur
31 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Sabah” - 2:1
Qollar:
Yusif Nəbiyev, 31, Nikolas Raysel, 54 - Ramil Şeydayev, 80
Qırmızı vərəqə: Nikola Vuyadinoviç, 69
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 10. Yevgeni Koçuk, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 18. Xulio Sezar Rodriges, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes
Qəbələ şəhər stadionu

16:00. “Zirə” –“ Səbail” - 0:0
Hakimlər:
Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
“Səbail”: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 2. Arsen Ağcabəyov
Baş məşqçi: Aftandil Hacıyev
Zirə İdman Kompleksinin stadionu

1

Sumqayıt

7

4

2

1

11-7

14

2

Neftçi

7

4

1

2

7-6

13

3

Zirə

8

3

3

2

8-8

12

4

Qarabağ

6

2

3

1

8-4

9

5

Keşlə

7

2

3

2

6-5

9

6

Qəbələ

8

1

5

2

6-11

8

7

Səbail

7

1

3

3

7-9

6

8

Sabah

8

2

0

6

8-11

6

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 6 qol.

0
Səbail Qəbələ Zirə