“Qəbələ” Bolqarıstan klubları ilə qarşılaşacaq
03.01.2020 - 16:51
“Qəbələ” Bolqarıstan klubları ilə qarşılaşacaq

“Qəbələ”nin Türkiyə toplanışındakı daha iki rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yanvarın 12-də Antalyaya yollanacaq Elmar Baxşıyevin yetirmələri iki həftəlik toplanışı Bolqarıstan klubları ilə görüşlərlə yekunlaşdıracaq.

“Qırmızı-qaralar” ayın 22-də “Etar”la üz-üzə gələcək. Üç gün sonrakı rəqib isə “Dunav” olacaq.

Qeyd edək ki, bunadək “Qəbəkə” daha iki matça çıxacaq. Azərbaycan kubokunun son qalibi yanvarın 14-də Macarıstanın MTK, 18-də Rusiyanın “Çayka” klubu ilə görüşəcək.