“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan “qırmızı-qaralar” bu gün Bakıda bir araya gəlib.
Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçiblər. Günün ikinci yarısına təsadüf edən məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında baş tutub. Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər. “Qırmızı-qaralar” məşqlərini sabah davam etdirəcək. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı