Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
Apasport.az saytının məlumatına görə “qırmızı-qaralar”ın Antalya toplanışında sonuncu yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.
Əyalət klubu Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələcək. Görüş “Arkadia” meydançalarında baş tutacaq. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki ki, bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlib.