"Qəbələ" qələbəni haqq edirdi” – Zaur Həşimov
30.11.2019 - 18:30
"Bu komandanı yaxşı tanıyıram”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Zaur Həşimov deyib.
Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XIII turunun “Qəbələ” ilə səfər oyunundan sonra mətbuat konfransında iştirak edib. Z.Həşimov 0:3 hesablı məğlubiyyətə şərh verib: “Matçdan əvvəl də demişdim ki, bizi Qəbələyə ağır səfər gözləyir. İbrahim Niaase rəqibin orta sahəsini gücləndirmişdi. "Qəbələ" qələbəni haqq edirdi".
0
0