“Qəbələ” rusiyalı hücumçu transfer etdi – YALNIZ BİZDƏ
27.01.2022 - 11:34
“Qəbələ” rusiyalı hücumçu transfer etdi – YALNIZ BİZDƏ

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” rusiyalı hücumçu Bilal İsmayılovu transfer edib.

18 yaşlı forvard Sankt-Peterburq futbol məktəbinin yetirməsidir. Şəhər çempionatında müxtəlif komandalarda oynayan Bilal ötən il “Zvezda”nın şərəfini qoruyub. Bu komandada 12 matça çıxan forvard 1 qola imza atıb.

Qeyd edək ki, hücumçu şəhərdaxili yarışlarda ümumilikdə 69 oyunda 12 dəfə fərqlənib.