“Qəbələ” yenə “Səbail”ə “3” verdi
16.11.2019 - 18:01
Azərbaycan Premyer Liqaında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə daha bir yoxlama görüşü keçirilib.
Apasport.az saytının məlumatına görə, ötən turda üz-üzə gələn “Qəbələ” və “Səbail” bu dəfə sınaq matçında qarşılaşıb.
Əyalət klubunun 3:0 hesabı ilə qalib gəldiyi XI turun qarşılaşmasından fərqli bu dəfə rəqiblər Bakıda görüşüblər. Bu dəfə də üç qol vuran “Qəbələ” səfərdən qalib ayrılıb – 3:2.
0
0