“Qəbələ”də itki
24.04.2022 - 13:19
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarından sonra bir futbolçu cəzalı duruma düşüb.
Apasport.az saytının məlumatına görə, “Qəbələ” Stefan Vukçeviçin xidmətindən məhrum olub.
O, “Qarabağ”la aprelin 29-dakı cavab matçını buraxacaq. Yarımmüdafiəçi Qəbələdəki ilk matçda sarı vərəqə alıb. Bu, onun mövsümdə ikinci xəbərdarlığıdır.
Qeyd edək ki, “Qəbələ” evdəki matçda “Qarabağ”a 1:3 hesabı ilə uduzub.
0
0