“Qəbələ”nin futbolçusu Kristian Kuakunun gələcək karyerasına aydınlıq gəlməyib.
Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”dan ayrılacağı gözlənilən Fil Dişi Sahilindən olan hücumçu hələ də komandanın düşərgəsindədir.
Mövsümün ilk yarısında cəmi 4 çempionat matçına çıxan afrikalı forvardın özü də taleyi barədə danışmağa çətinlik çəkir: "Hələ ki, müsahibə vermək istəmirəm. Lazımı vaxtda danışsaq, daha yaxşı olar. Hələ ki, "Qəbələ"də olduğumu deyə bilərəm".
Qeyd edək ki, yayda "Qəbələ"yə keçən 28 yaşlı forvard əvvəllər "Anderlext", "Tur", "Nim", "Kan" klubıarında oynayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı