"Qəbələ"dən böyükhesablı qələbə - YENİLƏNİB
18.01.2020 - 23:24
"Qəbələ"dən böyükhesablı qələbə - YENİLƏNİB

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, ilk matçda Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu gün Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. 

“Titanik” otelinin meydançasında baş tutan görüş Premyer Liqa klubunun böyükhesablı qələbəsi ilə nəticələnib. İlk hissədə İvitsa Juniç və Rövlan Muradovun qolları ilə rəqibi cəzalandıran "Qəbələ"nin heyətində ikinci hissədə Ülvi İsgəndərov fərqlənib. Bununla da Elmar Baxşıyevin kollektivi 3:0 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Əyalət təmsilçisi yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

Yoxlama oyunu
18 yanvar
“Qəbələ” – “Çayka” (Rusiya) - 3:0
Qollar:
İviça Juniç 14; Rövlan Muradov 35; Ülvi İsgəndərov, 51
Antalya. “Titanik” meydançası
 

0
Qəbələ Çayka yoxlama oyunu