"Qəbələ"ni böyük hesabla məğlub etdi - "Zirə"
16.07.2021 - 20:56
"Zirə" və "Qəbələ" yeni mövsümün hazırlığını ölkə daxilində davam etdirirlər.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə üz-üzə gəliblər.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşün birinci hissəsində ev sahibi komanda Qismət Alıyev və Ağabala Ramazanovun qolu sayəsində 2 top fərqilə önə keçib.
Bakılılar fasilədən sonra daha bir dəfə fərqlənirlər. Bu dəfə yeni transfer Velvis Santos fərqlənib. Bununla da "Zirə" meydanı 3:0 hesablı qələbə ilə tərk edib.
0
0