“Qəbələ”nin 7 futbolçusu turun rəmzi komandasında
03.12.2019 - 17:24
“Qəbələ”nin 7 futbolçusu turun rəmzi komandasında

Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, “İnStat” şirkətinin təhlilinə əsasən “Qəbələ”nin ispaniyalı legioneri Fernan Lopez turun oyunçusu seçilib.

“Zirə” üzərində 3:0 hesablı qələbədə pay sahibi olan yarımmüdafiəçi ən yüksək indeksə layiq görülüb. Rəmzi komandada da “Qəbələ” futbolçuları üstünlük təşkil edib. “Qırmızı-qaralar”ın 7 üzvü “11-lik”də yer alıb.

Qapıçı: Anar Nəzirov – 268 (“Qəbələ”)-2

Müdafiəçilər: Donald Qerye - 279 (“Neftçi”), İviça Zuniç – 289 (“Qəbələ”), Miyusko Boyoviç - 287 (“Keşlə”)-3, İlkin Qırtımov - 270 (“Keşlə”)-2

Yarımmüdafiəçilər: Klesio Bauk– 318 (“Qəbələ”)-2, Merab Qiqauri - 290 (“Qəbələ”)-4, Fernan Lopez - 352 (“Qəbələ”)-3, Rövlan Muradov – 249 (“Qəbələ”)

Hücumçular: Davit Volkov - 270 (“Qəbələ”)-4, Ağabala Ramazanov - 247 (“Səbail”)-2

0
turun rəmzi komandası Qəbələ turun oyunçusu