"Qəbələ"nin oyununun vaxtı açıqlandı
21.01.2020 - 20:43
"Qəbələ"nin oyununun vaxtı açıqlandı

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yanvarın 12-dən Antalyada hazırlıq keçən “qırmızı-qaralar” 3-cü sınağına çıxacaq.

Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək. “Karvansaray” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

Yoxlama oyunu
22 yanvar
17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan)
“Karvansaray” otelinin meydançası