Braziliyalı futbolçu Dodo yenidən "Qəbələ" forması geyinmək arzusundadır.
Bu barədə apasport.az saytına məlumatı 32 yaşlı yarımmüdafiəçinin özü verib.
Son olaraq Latviyanın "Liepaya" klubunda oynamış sabiq "Qəbələ"li yenidən Azərbaycana dönməyə hazır olduğunu bildirib: "Mən "Qəbələ"yə qayıtmağı çox istəyirəm. Təxminən iki həftə əvvəl komandanın baş meneceri Zaur Əzizovla danışmışam. O mənə dedi ki, sponsor məsələsindən xəbər gözləyirik. Artıq bu məsələdə irəliləş olduğundan xəbərdaram. "Qəbələ"yə geri dönərək komandaya kömək etməyi və karyeramı da elə orada başa vurmağı çox istəyirəm".
Braziliyalı futbolçu "Qəbələ"nin hazırkı şərtlərinin yaxşı olmadığını anladığını desə də, bu komandaya qarşı böyük sevgisi olduğundan geri dönmək niyyətindədir: "Qəbələ" və Azərbaycana qarşı sevgim var. Hazırda "Qəbələ"də şəraitin yüksək səviyyədə olmadığını bilirəm. Amma istənilən halda, "Qəbələ"yə qayıdıb onlara kömək etmək istəyirəm. Özü də "Qəbələ"nin hazırda pis futbolçuları da yoxdur, nəsə etmək olar".
Qeyd edək ki, Dodo 2011-2016-cı illərdə "Qəbələ"də çıxış edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı