“Qızıl top”a namizədlərin reytinqində dəyişiklik
26.04.2022 - 23:32
“Qızıl top”a namizədlərin reytinqində dəyişiklik

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını qazanmağa ən real namizədlərin siyahısı yenilənib.

Apasport.az saytının “Goal”a istinadən məlumatına görə, reytinqə yenə “Real”ın hücumçusu Kərim Benzema başçılıq edir.

Fransa millisinin forvardı indiki durumda fərdi mükafata ən real namizəd sayılır. “Liverpul”un lideri Məhəmməd Salah ikinci pilləyə yüksəlibsə, 3-cü yerə yuvarlanan “Bavariya”nın qolçusu Robert Levandovski misirlini önə buraxıb.

“Qızıl top”a iddialıların sıralamasında ilk “10-luğ”un digər sakinləri müvafiq olaraq Kilian Mbappe (PSJ), Sadio Mane (“Liverpul”), Kevin De Bruyne (“Mançester Siti”), Luka Modriç (“Real”), Vinisyus Junior (“Real”), Fil Foden (“Mançester Siti”) və Trent Aleksander-Arnolddur (“Liverpul”).

Qeyd edək ki, ötən il “Qızıl top”u PSJ-nin hücumçusu Lionel Messi qazanıb.