“Qələbə yoluna qayıtmaq üçün çalışırıq” – “Səbail”in qapıçısı
28.11.2019 - 16:45
“Qələbə yoluna qayıtmaq üçün çalışırıq” – “Səbail”in qapıçısı

"Zədədən sonra oyuna qayıtmağıma çox şadam”.

Apasport.az saytının məlumatına görə, bunu Bakının “Səbail” klubunun futbolçusu Aleksandr Rıbka deyib.

Zədə səbəbindən bir müddət komandasına kömək edə bilməyən ukraynalı qapıçı Azərbaycan Premyer Liqasının XII turunda meydana dönüb. Qayıdışı uğursuz alınan və “Sabah”dan üç qol buraxan A.Rıbka növbəti turun “Neftçi” ilə görüşü ərəfəsində iddialı danışıb: “Bu, tamamilə xüsusi hissdir. İndi isə fikirlərimiz ancaq "Neftçi" ilə növbəti oyunumuza bağlıdır. Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır".

Qeyd edək ki, “Səbail” 8 oyundur qalib gələ bilmir.