“Qoca” bombardirlər – 40+
13.01.2022 - 11:26
“Qoca” bombardirlər – 40+

XXI əsrin bir ilində ən çox qol vuran veteranların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə bir təqvim ilində  20-dən artıq qol vuran və yaşı 40-dan yuxarı olanlar daxil edilib.

2001-ci ildən sonrakı dövrdə belə hadisə 8 dəfə yaşanıb. Bunun dördü Aleksandr Duriçin hesabındadır. Sinqapurlu hücumçu 2010-13-cü illərdə belə məhsuldarlıq göstərib.

Mütləq rekord isə Karlos Sausedoya məxsusdur. Boliviyalı 40 yaşını qeyd etdiyi 2019-cu ildə 44 qola imza atıb.

Duriç 2011-ci ildə 43 dəfə fərqlənib. Deyan Damyanoviç isə 3-cüdür. Monteneqrolu 2021-ci ildə 32 qol vurub.