“Real” – “Barselona” oyununun vaxtı dəqiqləşdi
23.02.2022 - 16:50
“Real” – “Barselona” oyununun vaxtı dəqiqləşdi

“El-Klasiko”nun vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə,  İspaniya La Liqasının XXIX turunun görüşünün başlanma saatı müəyyənləşib.

Martın 20-də baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyun “Santyaqo Bernabeu”da təşkil olunacaq.

Qeyd edək ki, komandalar arasında birinci dövrədəki oyunda madridlilər 2:1 hesabı ilə qalib gəlib.