“Real” “Borussiya”lıya elçi düşdü
23.03.2022 - 22:52
“Real” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemlə maraqlanır.
Apasport.az saytının məlumatına görə, Madrid klubu 18 yaşlı hücumameylli oyunçunu 2023-cü ilin yayında heyətinə qatmaq niyyətindədir.
Çünki “kral klubu” üçün mövsümün sonunda prioritet dortmundluların hücumçusu Erlinq Haland və PSJ-nin qolçusu Kilian Mbappedir. Bellinqem özü də transfer məsələsini ilk olaraq “Real”la müzakirə etməyi üstün tutur.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm 37 oyunda 6 qol vurub, 12 məhsuldar ötürmə verib. Onun “Borussiya” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
0
0