“Real” “Çelsi” önünə ciddi itki ilə çıxa bilər
11.04.2022 - 12:33
“Real” Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə keçiriləcək cavab oyununa ciddi itki ilə çıxa bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Ferlan Mendinin sabahkı matçı buraxma ehtimalı var.
Fransa millisinin üzvü “kral klubu”nun son kollektiv məşqində iştirak etməyib. 27 yaşlı cinah oyunçusu fərdi hazırlıqla kifayətlənib. Bu üzdən onun “Santyaqo Bernabeu”dakı görüşdə meydana çıxması sual altındadır.
Qeyd edək ki, sabah keçiriləcək “Real” – “Çelsi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Londondakı ilk görüşdə ispanlar 3:1 hesablı qələbə qazanıb.
0
0