“Real” “Şaxtyor”un müdafiəçisini transfer etdi
31.03.2022 - 16:00
“Real” “Şaxtyor”un futbolçusu Vinisyus Tobiası heyətinə qatıb.
Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, braziliyalı müdafiəçi “kral klubu” ilə müqaviilə imzalayıb.
İspaniya nəhəngi sağ cinah oyunçusunu gələn mövsümün sonuna qədər icarəyə götürüb. “Real” 18 yaşlı müdafiəçini 18 milyon avroya transfer etmək hüququna malikdir. Vinisyus əvvəlcə yeni klubunun əvəzedici komandasında çıxış edəcək.
Qeyd edək ki, yanvarda “İnternasional”dan transfer edilən Vinisyus Tobias “Şaxtyor”da debüt etməyib.
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- İspaniya klubunda bədbəxt hadisə - QAPIÇI xəstəxanaya yerləşdirildi
0
0