“Real” Andre Silvanı alır – Yoviç və 20 milyon
29.04.2021 - 13:18
“Real” Andre Silvanı alır – Yoviç və 20 milyon

İspaniya “Real”ı Andre Silvanı heyətinə qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi bunun üçün Almaniya “Ayntraxt”ı ilə futbolçularını dəyişmək niyyətindədir.

“Kral klubu” portuqaliyalı hücumçunu almaq üçün Luka Yoviiçi frankfurtlulara qaytarmağa hazırdır. “Real” hazırda “Ayntraxt”da icarədə olan serbiyalının transferindən əlavə 20 milyon avro da ödəməlidir. Çünki Yoviçin qiyməti 20, Silvanınkı 40 milyonla dəyərləndirilir.

Qeyd edək ki, Yoviçi “Benfika”dan 22 milyona alan “Ayntraxt” onu “Real”a 63 milyona satıb.