“Real” Kazemiroya əvəzləyici tapdı
23.02.2022 - 13:57
“Real” Kazemiroya əvəzləyici tapdı

“Real” maraq dairəsinə düşən daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Kefren Türamla maraqlanır.

Klub rəhbərliyi “Nitsa”nın 20 yaşlı yarımmüdafiəçisinə Kazemironu əvəzləyici gözü ilə baxır. Türam cari mövsüm 27 oyunda 3 qol və 2 assistə imza atıb. Onun transfer qiyməti 10 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Kefren Fransa millisinin sabiq futbolçusu Lilian Türamın oğludur.