İlk dəfə yeni formatda keçirilən İspaniya Superkubokuna start verilib.
Apasport.az saytının məlumatına görə, 4 komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında təşkil olunan yarışda ilk yarımfinal matçı baş tutub.
İspaniya kubokunun qalibi kimi yarışa qatılan “Valensiya” La Liqanın bürünc mükafatçısı “Real”la üz-üzə gəlib. Madrid təmsilçisi rəqibinin qapısından üç cavabsız qol keçirərək inamlı qələbə qazanıb. “Yarasalar” yalnız görüşün sonunda bu toplardan birinin əvəzini çıxmaqla darmadağından qaçıb.
Bununla da “Real” yanvarın 12-də baş tutacaq final matçına vəsiqə qazanıb. “Kral klubu”nun rəqibi yanvarın 9-da bilinəcək.
Qeyd edək ki, digər yarımfinalda son çempion və kubokun finalçısı “Barselona” ilə gümüş mükafatçı “Atletiko” üz-üzə gələcək.
İspaniya Superkuboku
Yarımfinal
8 yanvar
“Valensiya” – “Real” – 1:3
Parexo, 90 (pen.) - Kroos, 15, İsko, 39, Modriç, 65
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı