“Real” hücumçusuna qiymət qoydu
12.04.2022 - 15:50
“Real” futbolçusu Braim Diası satmağa razılaşıb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi hücumçusunun transferi üçün 22 milyon avro qiymət qoyub.
Dias hazırda icarə əsasında “Milan”da forma geyinir. 22 yaşlı oyunçunun icarə müddəti 2022/23 mövsümünün sonunda başa çatacaq.
Qeyd edək ki, Dias cari mövsüm A seriyasında keçirdiyi 27 matçda 3 qol və 3 assistə imza atıb.
0
0