“Real” qərarını verdi – Luka Modriçlə bağlı
07.12.2020 - 16:12
İspaniyanın “Real” klubu futbolçusu Luka Modriçlə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi xorvatiyalı yarımmüdafiəçini heyətində saxlamağı lazım bilib.
35 yaşlı futbolçu ilə danışıqlar aparan madridlilər 2 illik anlaşma imzalanmasını planlaşdırır. Müqaviləsi gələn ilin yayında başa çatacaq Luka yeni anlaşmaya əsasən 2023-cü ilədək “Kral klubu”nda qalacaq.
Qeyd edək ki, Luka cari mövsüm La Liqada 11 oyunda 1 qol vurub.
0
0