Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real” və “Çelsi” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu son qalibdirsə, ispanlar turnir tarixində ən çox kuboka yiyələnən komandadır.
Tarixə nəzər yetirsək, hər iki klubda çıxış etmiş kifayət qədər futbolçu sadalamaq olar. Onların arasından ən yaxşılardan qurulmuş simvolik komanda da qurmaq olar. 3-5-2 sxeminə uyğun yığılan rəmzi heyətdə hazırda karyerasını davam etdirən 4 oyunçu da var. Bunlar “Çelsi”də çıxış edən Markos Alonso ilə Mateo Kovaçiç, “Real”ın formasını geyinən Tibo Kurtua və Eden Azardır. Adıçəkilən oyunçular bu gün rəqib olduqları komandanın vaxtilə formasını geyiniblər.
Həm “Real”, həm də “Çelsi”də çıxış etmiş ən yaxşı futbolçulardan ibarət simvolik “11-liy”i təqdim edirik:
Qapıçı: Tibo Kurtua
Mərkəz müdafiəçiləri: Kristian Panuççi
Sol cinah müdafiəçisi: Markos Alonso
Sağ cinah müdafiəçisi: Jeremi
Dayaq yarımmüdafiəçisi: Klod Makelele
Orta sahə: Maykl Essyen, Mateo Kovaçiç
Sol vinger: Eden Azar
Sağ vinger: Aryen Robben
Hücumçular: Samuel Eto, Nikolya Anelka
Qeyd edək ki, bu komandalar arasında Londonda keçirilən ilk görüşdə “Real” 3:1 hesablı qələbə qazanıb.