“Real” və PSJ onu istəyir
23.04.2022 - 14:29
“Real” və PSJ onu istəyir

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez yay transfer pəncərəsində komandasını dəyişə bilər. 

Apasport.az saytının məlumatına görə, vinger “Real” və PSJ-nin hədəfinə düşüb.

Əlcəzairli oyunçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, hələ Mançester təmsilçisi ilə anlaşmanı uzatmaq barədə razılıq əldə etməyib. Bu üzdən klub rəhbərliyi onu satmağı planlaşdırır.

PSJ Mahrezi komandadan gedəcək Anhel di Mariyaya əvəzləyici kimi görür. “Real” da sağ cinahı gücləndirmək niyyətindədir.

Qeyd edək ki, Riyadın qiyməti 30-40 milyon avro ilə dəyərləndirilir.