“Real” xal qazandı, Benzemanı itirdi
23.01.2022 - 21:54
“Real” xal qazandı, Benzemanı itirdi

“Real” İspaniya La Liqasının XXII turunda “Elçe” ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, oyunun gedişində 0:2 hesabı ilə geridə olan Madrid klubu məğlubiyyətdən qaça bilib.

Luka Modriç 82-ci, Eder Militao 90+2-ci dəqiqədə fərqlənib. Lakin paytaxt təmsilçisi Kərim Benzemanı itirib.

İlk yarıda panaltini qaçıran fransalı hücumçu aldığı zədədən sonra ağrılar səbəbindən bir neçə dəqiqə qaçmaqda belə əziyyət çəkib. O, 58-ci dəqiqədə əvəzlənməsini istəyim.