“Real”dan ultimatum
29.03.2022 - 10:52
“Real”dan ultimatum

“Real” rəhbərliyi Marko Asensionun taleyinə mümkün qədər tez aydınlıq gəlməsini istəyir.

Apasport.az saytının məlumatına görə, madridlilər müqaviləsi 2023-cü ildə başa çatacaq hücumçu ilə yeni anlaşma imzalamaq niyyətindədir.

Lakin futbolçu tələsik addım atmaq istəmir ki, bu da “Kral klubu”nu narazı salıb. Nəticədə Asensionun qarşısına ultimatum qoyulub. Əgər yaxın müddətdə müqavilə uzadılmasa, hücumçu transferə çıxarılacaq.

Qeyd edək ki, Asensio Fransa klublarının maraq dairəsindədir.