“Real”ın hücumçusu Rodriqo Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə cavab oyununda vurduğu qolla bağlı fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, braziliyalı forvard, xüsusən də, qoldan çox ona məhsuldar ötürmə verən komanda yoldaşı Luka Modriçi fərqləndirib.
Gənc oyunçu xorvatiyalını özünə mənəvi ata kimi gördüyünü söyləyib: “Bu, karyeramın indiyə qədərki ən vacib qolu idi. Biz “Real”da zarafatlaşırıq ki, Modriç mənim atamdır. O, həmişə yanımdadır və mənə çox kömək edir. Luka ilə bir yerdə oynamaq mənim üçün şərəfdir”.
Qeyd edək ki, ilk oyunda 3:1 hesablı qələbə qazanan “Real” cavab qarşılaşmasında “Çelsi”yə 2:3 hesabı ilə uduzsa da, yarımfinala adlamağı bacarıb.