Fransa millisinin müdafiəçisi Rafael Varan İspaniyanı tərk etməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu böyük ehtimalla karyerasını İngiltərədə davam etdirəcək.
Britaniya mətbuatının yaydığı xəbərdə bildirilib ki, 28 yaşlı oyunçu ilə şəxsi müqaviləni çoxdan razılaşdıran “Mançester Yunayted” klubu ilə də ortaq məxrəcə gəlib. Tərəflər arasında danışıqlarda transferin 50-55 milyon avro müqabilində reallaşması razılaşdırılıb. Hazırda “Real”ın düşərgəsində olan Varanın tezliklə “qırmızı şeytanlar”ın formasını geyinməsi gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted”in 5 illik müqavilə təklifini qəbul edən Varan keçid baş tutarsa, ilinə 12 milyon avro qazanacaq.