"Real"ın sabiq baş məşqçisində xərçəng aşkarlandı
23.11.2019 - 13:07
"Real"ın sabiq baş məşqçisində xərçəng aşkarlandı

"Real"ın sabiq baş məşqçisi Vanderley Luşemburqoda ağır xəstəlik aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, ölkəsində "Vasko da Qama" klubunda çalışan braziliyalı mütəxəssisə dəri xərçəngi diaqnozu qoyulub.

Bu, bədxassəli şiş olduğundan onun 3 həftə ərzində cərrahiyyə əməliyyat edilməsi tövsiyə edilib. Lakin 67 yaşlı Luşemburqo bununla bağlı yekun qərar verməyib. Mütəxəssisin gözləmə mövqeyi tutması Braziliya çempionatının davam etməsi ilə əlaqələndirilir.   

Qeyd edək ki, 2004/2005 mövsümündə Madrid klubunda çalışmış Luşemburqo futbolçulara pivə və şərabı qadağan etməsi ilə diqqət mərkəzinə düşmüşdü.