“Real”ın yarımmüdafiəçisi “Mançester Siti”yə qarşı oynamaya bilər
19.04.2022 - 22:43
“Real”ın yarımmüdafiəçisi “Mançester Siti”yə qarşı oynamaya bilər

“Real” La Liqanın XXXIII turunun “Osasuna” ilə oyununa itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, zədə problemi olan Kazemiro səfər matçında iştirak etməyəcək.

Braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının “Mançester Siti” ilə görüşünü də buraxa bilər. Futbolçunun aprelin 26-da baş tutacaq yarımfinalın ilk matçını buraxması hələlik sual altındadır.

Qeyd edək ki, Kazemiro cari mövsüm 42 oyunda 1 qol vurub.