Çempionlar Liqası (ÇL) tarixinin ən uğurlu komandası, şübhəsiz ki, “Real”dır.
Apasport.az saytının məlumatına görə, 16 dəfə finala qədər irəliləyən “kral klubu” bunun 13-də kuboku muzeyinə aparmağı bacarıb.
Bu, transfer dönəmlərində madridlilərin əlini gücləndirən faktordur. Çünki bir çox ulduz futbolçu, eləcə də istedadlı gənclər təklif zamanı ilk olaraq “Real”a üstünlük verir. Elə buna görə də bəzi futbolçuların karyerası boyu həsrət qaldığı Çempionlar Liqasında “Real”ın formasını geyinənlər saysız-hesabsız qələbələr əldə edirlər.
Bu yazıda da XXI əsrdə “Real”ın forması altında ÇL-də 100 qələbə həddinə ən gənc yaşda çatanları xatırlayacağıq. Tez-tez dəyişən siyahının yeni lideri 1/4 final mərhələsində “Çelsi” üzərində qələbəyə sevinən Vinisyus Juniordur.
1. Vinisyus Junior (21 yaş 271 gün)
2. Marselo (22 yaş 270 gün)
3. Rafael Varan (22 yaş 288 gün)
4. Qonsalo İquain (22 yaş 318 gün)
5. Serxio Ramos (23 yaş 174 gün)
6. İsko (23 yaş 319 gün)
7. Mesut Özil (24 yaş 125 gün)