“Real”lılara elçi düşdü - “Milan”
14.02.2021 - 13:34
“Real”lılara elçi düşdü - “Milan”

İtaliya A seriyasında çempionluğa iddia edən “Milan” gələn mövsüm Çempionlar Liqası üçün heyət formalaşdırmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” transfer siyahısındakı oyunçuları müəyyənləşdirməyə başlayıb.

İtalyanlar İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzemanın keçidi müqabilində qarşı tərəfə yarımmüdafiəçisi İsmael Bennaseri təklif edəcək, həmçinin hücumçu Braim Diazın transfer hüququna yiyələnməyə çalışacaq.

“Real”ın da gündəmində olan Bennaserin transfer qiyməti 50 milyon avroya bərabərdir. Benzema və Diazın isə hərəsinin 20 milyon avroya bərabər dəyərinin olduğu bildirilir.