“Roma” qapıçı tapdı – 33 yaşında
07.06.2021 - 23:13
İtaliyanın “Roma” klubu heyətinə yeni qapıçı qatacaq.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi “Palmeyras”ın 33 yaşlı qapıçısı Vevertonun xidmətində maraqlıdır.
Romanın eyniadlı klubu bu keçidi qarşıdakı transfer dövründə reallaşdırmaq fikrindədir. Təcrübəli qapıçının qiyməti 5 milyon avrodur.
Qeyd edək ki, “Roma” “Arsenal”ın yarımmüdafiəçisi Qranit Cakanın keçidi ilə bağlı danışıqlar da aparır.
0
0